© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Ukrayna türk dronları ilə yenidən hücuma keçib - Fotolar

Ukraynanın yenidən “Bayraktar TB2” dronları alacağını elan etdiyi saatlardan cəbhə xəttində silah səsləri eşidilməyə başlayıb. Bundan sonra Ukrayna əsgərlərinin yayımladığı bir videogörüntü isə “bomba partlayışı” effekti verib.

Reyting.az 
xatırladır ki, Ukrayna həftə ərzində Türkiyədən aldığı “Bayraktar TB2” (dron) ilə bağlı açıqlama verib. Prezident Zelenski bildirib ki, dron ordusunun böyüdülməsi barədə qərar qəbul edib.

Paralel olaraq Ukranyna ordusunun əsgərləri Donetski cəbhəsində çəkilən videonu sosial şəbəkələrdə paylaşıblar. Qranitno bölgəsində Türkiyə istehsalı olan dronların hücuma keçdiyi və bu hücum sayəsində Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarət nöqtəsinin vurulduğu məlum olub.



Məlumata görə, separatçıların artilleriya atışından sonra “Bayraktar TB2” havaya qaldırılıb və ən azı iki artilleriya bateriyasını sıradan çıxarıb.

Xatırladaq ki, Ukrayna ordusu oktyabrın 26-da ilk dəfə cəbhə xəttində drondan istifadə etdiyini və bunun nəticəsində rus sistemlərinin məhv olduğunu açıqlamışdı.

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba dünən bəyan edib ki, Donbasda ilk dəfə dronlarla hücum əməliyyatı həyata keçirilib və bu zaman Minsk Anlaşması pozulmayıb.

Rus mediası isə “Bayraktar TB”-lərin istifadəsinin Moskva tərəfindən çox “təhlükəli oyun” kimi qiymətləndirildiyini yazır. Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenza bəyan edib ki, Ukrayna dron istifadə etdiyi təqdirdə xəyalına gətirmədiyi nəticələrlə qarşılaşa bilər.

Moskva rəsmi Kiyevi Rusiyanı müharibəyə təhrikdə ittiham edir. Ötən həftə ortaya çıxan peyk görüntüləri Ukrayna sərhədlərinə rus əsgər və texnikasının toplaşdığını göstərir.

Rusiya Türkiyə istehsalı olan dronların qarşısında aciz olmadığını nümayiş etdirməyə çalışır. “Rossiya 1” telekanalı isə rus istehsalı olan “Lancet” dronu qarşısında “Bayraktar TB2”-nin şanslı olmadığını iddia edir.



Rusiya ilə sərhədi olan Polşa da Moskva ilə gərgin münasibətləri fonunda Türkiyədən pilotsuz uçuş aparatları (PUA) alıb. Bu, Türkiyədən dron alan ilk NATO ölkəsidir.

Qeyd edək ki, Türkiyə PUA-ları Liviya, Suriya və Qarabağda özünü yaxşı mənada göstərib. Polşa məhz bu məntiqlə çıxış edərək rus silahlarına qarşı ən güclüsü sayılan dronlara üstünlük verir. Polşa ordusu əsasən ABŞ silahlarından istifadə edir. Varşava 2020-ci ildə ABŞ-dan 4,7 milyard dollarlıq silah əldə edib.

Beləliklə, Ukrayna-Rusiya münasibətləri hərbi sferada inkişaf edəcəksə və Ukrayna Rusiya təcavüzü ilə qarşılaşacaqsa, bu zaman sözsüz ki, Kiyevin köməyinə gələn ilk dövlət Polşa olacaq.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR