Ümid Nəccarinin "Unutmaq" adlı kitabı özbək dilində çap olunub
MƏDƏNİYYƏTAzərbaycanlı şair Ümid Nəccarinin "Unutmaq" adlı kitabı Özbəkistanda işıq üzü görüb.
Kitab Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Innovatsiya-Ziyo" yayınları tərəfindən Özbəkistanda çap olunub.
Şeirləri özbək dilinə tərcüməçi Marufjon Yoldoşev çevirib.
Qeyd edək ki, Ümid Nəccari 3 kitab müəllifidir və indiyə qədər bir sıra ölkələrdə – Amerika, Serbiya, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbu orqanlarında şeirləri və yazıları tərcümə olunaraq işıqlandırılıb.
Maraqlana bilərsizr