© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Ümumdünya Səhiyyə Təşkilatı Ağdamda

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) münaqişədən zərər çəkmiş bölgələrdəki missiyası davam edir.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

 

Bildirilib ki, dünən missiya üzvləri Ağdam rayonunda olub, yerli icra hakimiyyətini və müxtəlif səhiyyə müəssisələrini ziyarət edərək, tibbi ehtiyacları öyrənmək üçün müzakirələr aparıb. 

 

Həmçinin, Üçoğlan və Qaradağlı kənd həkim məntəqələrinə baş çəkilib.

 

Ziyarət edilən xəstəxanalara maska yardımı edilib və yerli icra hakimiyyətinə zərər çəkmiş ailələrə paylanması üçün gigiyena dəstləri verilib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR