Uşaqlara bərk ayaqqabı geyindirməyin, evdə corabda gəzdirməyin - Tanınmış ortopeddən tövsiyələr
MARAQLI FAKTLARSon vaxtlar uşaqlarda ayaq pəncələri ilə bağlı problemlər artmaqdadır. Yastıpəncəlik, valqus... – bu və s. kimi diaqnozlar 10 uşaqdan az qala doqquzuna qoyulur.
Bəs bunun səbəbi nədir? Uşaqlarda pəncələrin normal inkişafı üçün nə etmək lazımdır?
Saglamolun.az kp.ru-ya istinadla oxucularını tanınmış rusiyalı ortoped, podiatr (pəncə xəstəlikləri üzrə mütəxəssis) Kirill Şlıkovun tövsiyələri ilə tanış edir.
İlk növbədə həkim bildirib ki, pəncələrin normal inkişafı üçün uşaq mümkün qədər çox hərəkət etməli, ayaqyalın gəzməlidir. Uşağın ayaqları müxtəlif səthlərlə təmasda olmalıdır (torpaq, qum, ot və s.). Uşaq az hərəkət edirsə, bütün gün ərzində oturur və kompüterə və ya televizora baxırsa, onun ayaq pəncələri düzgün inkişaf etməyəcək və bu da ona bütün həyatı boyu müxtəlif problemlər yaradacaq.
Uşağın pəncəsi 5 yaşına qədər inkişaf edir. Bu müddət ərzində valideynlər uşağın ayaqlarının normal inkişafı üçün bəzi qaydalara riayət etməlidir. İlk növbədə uşağa rahat və yumşaq ayaqqabı seçmək lazımdır. Çox bərk ayaqqabı ziyanlıdır və uşağın ayaqalarının normal inkişafına mane olur, təbii prosesləri pozur. Xüsusi bərk “ortopedik” ayaqqabılar yalnız istisna hallarda həkim tərəfindən uşağa təyin oluna bilər.
Şlıkovun sözlərinə görə, uşaq mümkün qədər çox ayaqyalın gəzməlidir. Ayaqyalın gəzmək uşağın pəncələrini yaxşı məşq etdirir. Həkim qeyd edib ki, uşaq evdə corabda gəzməməlidir. Corabda gəzən uşağın ayaqları sürüşür və bu da sümük və bağların normal inkişafına mane olur.
Pəncəni ən yaxşı inkişaf etdirən məşqlərdən biri barmaqların ucunda gəzməkdir. Şlıkov qeyd edir ki, bir çox valideynlər bundan qorxur və uşağı dərhal nevropatoloqa aparırlar. Lakin bu tam normal haldır. Uşaq vaxtaşırı olaraq barmaqların ucunda gəzirsə, bu çox yaxşıdır.
Maraqlana bilərsizr