© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

UYĞUR TÜRKLƏRİNİN MƏTBUAT NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Uyğur türkləri 8 sentyabr 2020-ci il tarixində mətbuata açıqlama verəcəklər. Saat: 16:00-da baş tutacaq görüşə digər KİV mənsubları, Vətəndaş Cəmiyyəti Təşkilatının (STK) nümayəndələri də dəvətlidir.

Yığıncağın keçirilməsinə səbəb Çinin uyğur türklərinə qarşı amansız münasibət göstərməsidir. 
Bildirək ki, Çin Sincan Uyğur muxtar bölgəsində uyğur türklərinin dini inanclarına və mədəniyyətlərinə qarşı təcavüzkar siyasətini uzun müddətdir ki, davam etdirir. Bununla yanaşı, ölkə etnik təmizləmə aparılması məqsədilə müsəlman uyğurların qadınlarını sterilizasiya olunmağa və onların qısırlaşdırılması üçün kontraseptik vasitələrdən istifadə etməyə məcbur edir. Bu istiqamətdə Çin höküməti doğum statistikasına nəzarət etmək üçün sərt üsullara əl atır. Sadalanan zorakı əməllər azmış kimi, Çin milyonlarla uyğur türkünü həbs edərək onlara olmazın işgəncələr verir.
Çinin bu növ “təmizləmə siyasəti”nə cavab olaraq uyğur türkləri Ankara Ulus Atatürk Anıtı Meydanının yaxınlığında “Çin, ailəmizi sərbəst burax!”, “Soyqırımı görməyən, İslam Dünyası, oyan!”, “Toplama düşərgələri bağlansın!”, “Təhsil düşərgəsi” yalanına son!” şüarları ilə çıxış edəcəklər.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR