© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Vyetnam və Laos rəhbərləri Prezidenti təbrik ediblər

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

DAİM.AZ-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Vyetnam hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Vyetnam Azərbaycanın yaxın dostu olaraq Sizin rəhbərliyinizlə dövlətin inkişafı, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, beynəlxalq inteqrasiya, habelə ölkənizin bölgədəki və dünyadakı rolunun və mövqeyinin möhkəmləndirilməsində ölkənizin əldə etdiyi böyük nailiyyətləri daim izləyir və bundan çox məmnundur.

Bölgələrimizdə və beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsinə əhəmiyyətli töhfə verən ölkələrimizin ənənəvi dostluq münasibətlərinin əhatə etdiyi bütün sahələrdə müsbət irəliləyişləri görməkdən məmnunam.

Tam əminəm ki, hər iki ölkənin dövlət başçılarının istəyi və qətiyyəti, habelə dövlət qurumları və yerli hakimiyyət orqanlarının birgə səyləri və ölkələrimizin malik olduğu yaxın əlaqələr əsasında Vyetnam ilə Azərbaycan arasında son bir neçə onillik ərzində mövcud olan səmərəli münasibətlər bundan sonra da davam edəcək, xalqlarımızın rifahı, həmçinin dünyada sülh və inkişaf naminə yeni nailiyyətlər əldə olunacaqdır.

Azərbaycana inkişaf və tərəqqi, xalqınıza isə firavanlıq diləyirəm.

Sizə cansağlığı, xoşbəxtlik və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram".

Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: 

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə bütün Laos xalqı adından və şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud dostluq münasibətləri və səmərəli əməkdaşlıq xalqlarımızın mənafeyi naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək Sizə şəxsi rifah və şərəfli fəaliyyətinizdə uğurlar arzu edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR