© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Washington Post: ABŞ dəniz yolu ilə Ukraynaya daha çox silah verməyə başlayıb

Pentaqon Ukraynaya dəniz yolu ilə daha çox silah verməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” ABŞ müdafiə nazirliyinin nümayəndələrinə istinadən yazır.

Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyi Ukraynada münaqişə başlayandan bir neçə həftə sonra bəzi təchizatları dəniz yolu ilə göndərməyə başlayıb, lakin bu ilin yazında ABŞ Ukraynanı haubitsa artilleriyası, iri çaplı döyüş sursatları tələb edən digər ağır silahlarla təchiz etməyə başlayanda bu səyləri xeyli genişləndirib.

Qeyd olunub ki, yüklərin hava ilə çatdırılması daha sürətlidir, lakin dəniz nəqliyyatı böyük həcmdə daşınmağa imkan verir. Nəşr izah edib ki, Ukrayna hərbçilərinin ağır silahlardan istifadə etməsi daimi sursat təchizatı tələb edir.

Kiyevə yeni hərbi yardım paketi çərçivəsində Amerika silahlarının çatdırılması yaxın aylarda başlayacaq və bir neçə il davam edəcək.

“Biz onları haubitsalarla təchiz etməyə başlayan kimi anladıq ki, bizə daha çox döyüş sursatı lazımdır. Nəticədə dəniz yolu ilə göndərmələrin genişlənməsi təchizatların tez çatdırılmasında effektiv rol oynayır” - deyə, ABŞ Nəqliyyat Komandanlığının əməliyyatlar üzrə direktor müavini, polkovniki Stiven Puttoff bildirib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR