Xatirə İslam yeni fotosessiyasını təqdim edib-FOTO
ŞOU-BİZNESAçıqlamaları ilə şou-biznesi yerindən silkələyən müğənni Xatirə İslam yeni fotosessiyasını təqdim edib.
DAİM.AZ xəbər verir ki, tez-tez arıqlayıb-kökələn sənətçi peşəkar fotoqraf Tehran İsrafilovun kamerası önünə keçərək, qlamur tərzdə fotolar çəkdirib.
Saçlarını çiyinlərinə atan, süd rəngli üzəri qırmızı naxışlı printlərlə bəzədilmiş kostyum geyinən Xatirənin xeyli çəki aldığı diqqətdən yayınmayıb.
Digər şəkillərdə isə müğənni uzun, narıncı rəngli, üzəri böyük gül printləri ilə bəzədilmiş libasdan istifadə edib. Bu fotolarda isə Xatirə daha incə və arıq görüntülənib.
Xatirə İslamın fotosessiyası sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Maraqlana bilərsizr