© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Yaşar Əliyev yeni vəzifəyə təyin olundu

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub.

DAİM.AZ APA-ya istinadən məlumatına görə, bu vəzifəyə Yaşar Əliyev təyinat alıb. O, həmçinin, həqiqi hərbi xidmətə qəbul olunub və ona general-leytenant hərbi rütbəsi verilib.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevdir.

Qeyd edək ki, Yaşar Əliyev bu təyinata qədər Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR