© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Yuventus İtaliya çempionu oldu

Futbol üzrə İtaliya A Seriyasında 36-cı turun son oyunu keçirilib.

DAİM.AZ-ın məlumatına görə, Turindəki "Alyans Stedium"da "Yuventus" "Sampdoriya"nı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Hesabı 45+7-ci dəqiqədə Kriştianu Ronaldu açıb. 67-ci dəqiqədə isə Federiko Bernardeski yekun nəticəni müəyyənləşdirib. 77-ci dəqiqədə "Sampdoriya"dan Morten Torsbi ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. 89-cu dəqiqədə isə Ronaldu penaltidən yararlana bilməyib. Onun zərbəsi qapı tirinə tuş gəlib. Hazırda aktivində 31 qolu olan portuqaliyalı hücumçu bombardirlər siyahısında lider Çiro İmmobiledən 3 top geri qalır. 

Bu qələbə sayəsində xalını 83-ə çatdıran "Yuventus" sona iki tur qalmış ən yaxın izləyicisi "İnter"i 7 xal geridə qoyub və ardıcıl 9-cu mövsümü qızıl medalla başa vurub. Ümumilikdə "Qoca Sinyora" tarixində 36-cı dəfə İtaliya çempionu olaraq, şəxsi rekordunu yeniləyib. 

"Yuventus"a rəhbərlik edən Mauritsio Sarri isə A Seriyasında Skudetto qazanan ən yaşlı baş məşqçi ünvanına sahib çıxıb. Sarri 61 yaş 6 ayında ikən bu nailiyyətə imza atıb. Daha əvvəl isə Nils Lidholm 1983-cü ildə "Roma"da ikən 60 yaş 6 aylığında çempionliuq əldə etmişdi.     

"Sampdoriya" isə hazırda 41 xalla 15-ci yerdə gedir və B Seriyasına enmə təhlükəsindən xilas olub. 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR