© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Zakir Həsənov ASELSAN şirkətinin rəhbərliyi ilə əməkdaşlığı müzakirə etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ASELSAN şirkətinin idarə heyətinin sədri və baş direktoru Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, Zakir Həsənov Vətən müharibəsində istifadə olunan ASELSAN şirkətinin istehsalı olan texniki avadanlıqların yüksək keyfiyyətə malik olduğunu xüsusi vurğulayıb.

Görüşdə müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, həmçinin qoşunlarımızın texniki təchizatının daha da gücləndirilməsi məqsədilə iki qardaş ölkənin həyata keçirdiyi birgə layihələr müzakirə edilib.

Bildirilib ki, Azərbaycan ordusunun dünyanın ən müasir silah və hərbi texnikası, o cümlədən qabaqcıl informasiya texnologiyaları ilə təchiz edilmiş, geniş rabitə sistemlərinə malik peşəkar ordu kimi inkişaf etdirilməsi qoşunlarımızın gizli, operativ idarəolunmasını, onların manevr imkanlarının, ümumilikdə isə döyüş qabiliyyətinin artırılmasını təmin edəcək.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR