Zelinski xalqını Türkiyəni dəstəkləməyə çağırdı
DÜNYAUkrayna Prezidenti Valdimir Zelenski Türkiyə ilə əlaqədar bəzi açıqlamalar verib.
“Haber Global” məlumat verir ki, o ukraynalı turistlərin Türkiyəyə səfərlərinin artırılmasının vacibliyini bildirib.
Türkiyəyə 10 apreldə baş tutan ziyarəti yüksək qiymətləndirən Zelenski mühüm razılaşmaların imzalandığını qeyd edib.
O Rusiyanın Türkiyəyə uçuşlardakı məhdudiyyətlərini qiymətləndirərək, Ukrayna vətəndaşlarını tətilə Türkiyəyə getməyə çağırıb:
“Rusiya Federasiyası Türkiyəyə turizmi məhdudlaşdıracağını bildirib. Bu, onların şəxsi işidir. Hesab edirəm ki, biz isə, əksinə, bu istiqamətdə turizmi inkişaf etdirməliyik və Türkiyəni dəstəklədiyimizi göstərməliyik”, - deyə Zelenski Ukrayna ilə Türkiyə arasında turist axınının artırıla biləcəyini vurğulayıb.
Maraqlana bilərsizr