Zibil atmağa icazə veriləcək, binaların qarşısında konteynerlər olacaq
GÜNDƏM“Məişət tullantıları konteynerlərinin uzaq olması sui-istifadə hallarını artırmış olur. Hesab edirik ki, blokların yanında konteyrnerlər yerləşdirilsə binanı tərk etməyə ehtiyac qalmayacaq. Bununla da zibil atmaq üçün sui-istifadə halları olmayacaq”.
Bunu Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə çıxışı zamanı deyib.
İcra nümayəndəsi qeyd edib ki, əgər binanın həyətində olan konteynerə zibil atmağa düşürsə, o cərimələnməyəcək.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə əlavə edib ki, insanlar yalnız yaşadığı blokun yaxınlığındakı qablara zibil atmaq üçün evdən çıxa bilərlər:
“Blokdan kənara getmək olmaz. Bu ətraf blokların insanlarının da bura gəlməsi deməkdir. Maksimum iki gün ərzində nə qədər zibil yığıla bilər?! Sərt karantin müddəti bitəndən sonra onu tullamaq olar. Zibil adı ilə gəzməyə çıxmaq qəti qadağandır”.
Maraqlana bilərsizr