Başa çatan 2021-ci il ərzində dünyanın ən zəngin 10 adamı cəmi 402,17 milyard dollar qazanıb. Bu barədə “Bloomberg” agentliyinin milyarderlər indeksində bildirilir. Belə ki,
“Bloomberg Billionaires Index” dekabrın 29-da olan rəqəmlər əsasında “Space X” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın hesablarında 277 milyard dollar olduğunu müəyyən edib. Ötən ilin əvvəlindən bəri “Tesla”nın sahibinin sərvəti 121 milyard dollar artıb, onun şirkətinin səhmləri isə 60 faiz bahalaşıb.
“Amazon” şirkətinin baş direktoru postunu tərk etmiş Ceff Bezos isə ötən il sərvətini cəmi 5 milyard dollar artıra bilib və 195 milyard dollara çatdırıb. LVMH şirkətinin rəhbəri Bernar Arno isə ötən il 61 milyard dollar qazanıb, onun aktivləri hazırda 176 milyard dollardır.
“Microsoft” şirkətinin qurucusu Bill Geyts isə ötən il 7 milyard dollar qazanıb və sərvətini 139 milyard dollara çatdırıb. “Google” şirkətinin həmtəsisçisi Larri Peycin sərvəti 7 milyard dollar artıb və onun aktivləri 130 milyard dollara çatıb.
“Facebook”un qurucusu Mark Zukebergin sərvəti ilin əvvəlindən 24 milyard dollar artaraq 128 milyard dollara çatıb. Daha əvvəl “Microsoft”a başçılıq etmiş Stiv Ballmer isə ötən il 41 milyard dollar qazanıb və hazırda 122 milyard dolları var.
“Oracle” şirkətindən Larri Ellison ötən il 29 milyard dollar qazanıb və sərvətini 109 milyard dollara çatdırıb. Uorren Baffet isə başa çatan il ərzində 21 milyard dollar qazana bilib, indi onun 109 milyard dolları var.
Şərh Yazın