Rusiya-Ukrayna müharibəsinə paralel olaraq, Rusiya və ABŞ-ın əsas diqqəti həm də Şimal qütbünə yönəlib.
Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, rəsmi Vaşinqton dünən Arktikaya “geniş” səlahiyyətlər və “geniş” sahələrdə işləmək üçün səfir təyin etdiyini açıqlayıb.
Bu açıqlama Rusiyanın bölgədə hərbi mövcudluğunu artırması ilə bağlı iddialar və xəbərlərdən sonra verilib. NATO-nun baş katibi Yens Stoltenberq isə bölgəyə səfəri zamanı bir sıra təhlükələrdən danışıb.
NATO-nun son bəyanatlarından birində bildirilir ki, Arktika Rusiya raketləri üçün Şimali Amerikaya gedən “ən qısa yoldur”.
Rusiyanın bölgədəki hərbi varlığı və qlobal istiləşmə ilə birlikdə Şimal qütbündə təbii sərvətlərin ortaya çıxması buzla örtülmüş bu coğrafiyaya marağı daha da artırıb.
Bu hadisələr fonunda ABŞ Arktikada az qala Putinə meydan oxuyurdu və Vaşinqton Moskvanın 13 bazasının olduğu və Çinin diqqətini cəlb edəni bölgəyə nəzarət üçün səfir təyin edib.
Y. Stoltenberqin “Rusiya raketləri və ya bombardmançıları üçün Şimali Amerikaya ən qısa yol Arktikadan keçəcək”,- deməsindən başqa, iqlim dəyişikliyi bu bölgəyə dəniz yollarını da açır və təbii ehtiyatları əlçatan edir.
ABŞ dünən Rusiyanın bölgəni bir sıra hava bazaları ilə hərbiləşdirdiyi və Çinin öz resurslarını gücləndirməyə çalışdığı xəbərdarlığı fonunda Arktikadakı mövcudluğunu yeni səfirlə artıracağını açıqlayıb.
Kanada və Arktikaya səfəri zamanı NATO-nun rəhbəri Rusiya prezidenti Vladimir Putinin bölgədəki hərəkətlərindən danışaraq, Rusiyanın Şimali Amerikanı hədəfə alan qitələrarası ballistik raketlərinin ən qısa yolunun birbaşa Arktika üzərində olduğunu qeyd edib. Bundan sonra ABŞ-ın buzlu şimaldakı rəqiblərinə uduzmaq və döyüş meydanına çevrilə biləcək bir bölgədə geridə qalmaq təhlükəsindən narahatlığı artıb. Bu səbəbdən də Vaşinqton Arktikada diplomatik mövcudluğunu gücləndirir.
Arktikanın baş səfiri ABŞ-ın Arktikadakı siyasətini inkişaf etdirəcək, Arktika və qeyri-Arktika ölkələrindəki həmkarları, eləcə də yerli qruplarla əlaqə saxlayacaq və yerli maraqlı tərəflərlə, o cümlədən əyalət, yerli və qəbilə hökumətləri ilə sıx əməkdaşlıq edəcək. Bütün bunların əsasında Rusiya və Çinin birgə fəaliyyəti və strateji aktivlərini regionda yerləşdirməsinə görə yaranmış narahatlıq dayanır. Eyni zamanda bu donmuş bölgənin altında təxminən 30 trilyon dollarlıq resurs gizlənir.
Rusiya Arktikada ən azı 13 hərbi hava bazası tikib, bəziləri isə sovet dövründən qalanlardır. Eyni zamanda bu bazalardan uzaqmənzilli “Mig-31BM Foxhound” qırıcıları və “Tu-22M3” bombardmançıları ilə döyüş atışlarını sürətləndirib. Və son illərdə Rusiya bölgədə uzaqmənzilli “S-400” və ortamənzilli “SA-17” hava hücumundan müdafiə sistemləri yerləşdirib.
Bu da, təbii ki, NATO-dan da yan keçmir. Baş katib Y. Stoltenberq ölkənin müdafiəsini görmək üçün bu həftə Kanadanın şimal bölgələrinə səfər edib.
Stoltenberq Şimali Amerika hava hücumundan müdafiə sisteminin NORAD-ın milyardlarla dollarlıq yenilənməsi çərçivəsində modernləşdiriləcək Nunavut əyalətinin Kembric körfəzindəki Şimal Xəbərdarlıq Sistemi radar stansiyasına baş çəkib və NORAD-ın rolunun Şimali Amerika və NATO üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Baş katib, həmçinin Putinin bölgədəki niyyətləri ilə bağlı dünyaya xəbərdarlıq edib.
Qeyd edək ki, keçən həftə Rusiya Arktika əməliyyatları üçün yeni strateji raket daşıyan sualtı kreyser planlarını açıqlayıb.
Rusiyanın Şimali Atlantikada müttəfiqlərin gücləndirilməsini pozmaq qabiliyyəti Alyans üçün strateji problemə çevrilir.
30 trilyon resurs uğrunda savaş başlayır - Fotolar
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın