Bu barədə “Daily Mail” xəbər yayıb.
Məlumata görə, iyunun 27-də 71 yaşını qeyd edəcək dizayner əvvəllər fiqurlu konkisürmə ilə məşğul olub.
“Dəbli ailəsi” ilə özünü təcrid edən Vera Vonq hər gün məşq etdiyini deyib.
Dizaynerin pərəstişkarları heyranlıqlarını gizlədə bilməyiblər. Onun paylaşdığı şəkillərin altından “Eşitmişik ki, sizin 70 yaşınız var. Xanım, siz bunu necə etmisiniz? Qocalığa qarşı hansı sehrli iksiri qəbul etmisiniz?”, “İlahə”, “Bu inanılmazdır”, “Əgər onun kimi qocalmayacağamsa, o qədər yaşamaq istəmirəm”, “Möhtəşəm qadın”, “Siz, ümumiyyətlə, realsınız?” kimi şərhlər yazılıb.
Şərh Yazın