ABŞ-da son sutkada daha 1 339 nəfər pandemiyanın qurbanı olub.
Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı 10 993 nəfərə çatıb.
Bundan başqa, ABŞ-da son bir gündə infeksiya daşıyıcılarının sayı daha 30 478 nəfər artaraq 368 449-a çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 365 000-i ötüb. Bunların 293 879 nəfəri sağalıb, 76 488 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərh Yazın