DAİM.AZ xəbər verir ki, proqramın aparıcısı Zaur Kamalın Afaqa ünvanladığı “Nəyin həsrətini çəkirsiniz?” sualına o, yarıciddi-yarızarafat belə cavab verib:
“Hər şey yaxşı olacaq. Həyatımda var nəsə...”, - deyə “ATV Maqazin 10larla”nın aparıcısı bildirib.
Zaurun “Şok, şok, şok! Afaq Gəncəli nişanlanır!” sözlərinə isə qarşı tərəfın reaksiyası belə olub:
“Mən başqa şeyi nəzərdə tuturdum. Amma siz nişanlanmağımı deyirsinizsə, Allah ağzınızdan eşitsin. Ağlımda o deyildi. Amma nişanlansam, lap yaxşı olar. Bəlkə də cəsarət edib, varsa da deyə bilmədiyim bir kəlmədir. Həsrətindəyəm, vaxt gələndə qovuşacağam”.
A.Gəncəlini sorğu-suala çəkən Z.Kamalın “Nə zaman sevindirirsiniz bizi? (A.Gəncəlinin nişanlanmasını nəzərdə tutaraq - red.)” sualına teleaparıcı utanaraq belə bir cavab verib:
“Məndən olsa... Yox, bir ay tezdir! (gülür)”.
Şərh Yazın