"Hadisəyə nikbinliklə baxırıq. Atəşkəs pozuntuları getdikcə azalır. Sabitlik daha əhatəli olur”.
Bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Nazir qeyd edib ki, Azərbaycanla ortaq hərbi fəaliyyət davam edir. Ermənistanla sərhəddə atəşkəsə nəzarət üçün ötən il yanvarın 30-dan etibarən Rusiya ilə birlikdə ortaq mərkəz yaradılıb. Ermənistanla Azərbaycan sərhədində atəşkəsin pozulması halları nəzarət altına alınıb:
“Ümid edirik ki, yaxın günlərdə daha sabit vəziyyət yaranacaq. Buradakı məsələlərdə Türkiyə-Rusiya əməkdaşlığının uğurlu olacağına, atəşkəsin əldə ediləcəyinə inanırıq, bunun davamlılığına öz töhfəmizi verdiyimizi görürük”.
Türkiyə hərbçilərinin Azərbaycan Ordusu ilə birlikdə azad olunmuş ərazilərdə mina və əldəqayırma partlayıcı maddələrin təmizlənməsinə çalışdıqlarını qeyd edən Hulusi Akar burada sülhün daimi olmasının həm Xəzər, həm də Qara dəniz regionunda müsbət təsirlərinin olacağını deyib/Report.
Nazir daha sonra bildirib ki, bizim arzu və ümidimiz cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın birlikdə Ermənistana uzatdığı sülh əlinin başa düşülməsi, tutulmasıdır:
"Bu fürsətdən istifadə edilməsidir. Söhbət yalnız Azərbaycan, Ermənistandan getmir, bütün bölgəni - Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İranı bütövlükdə, regionun sabitlik adasına çevirməkdən gedir.
Azərbaycan bizim əziz qardaşımızdır. İki dövlət, bir dövlət mövqeyindən başlayaraq Azərbaycanın haqq işlərində onların yanındayıq. Məqsəd bütün Qafqazda davamlı sülh və sabitliyə nail olmaqdan ibarətdir".
Akardan Qarabağla bağlı açıqlama: "Ümid edirik ki, yaxın günlərdə daha sabit vəziyyət yaranacaq"
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın