Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün serrozdan ölmədiyi, avstriyalı Dr. Hans Eppinger tərəfindən zəhərləndiyi iddia olunur. Atatürk araşdırmaçısı, jurnalist-yazar Yaşar Gürsoy arxiv sənədlərinə əsaslanaraq belə bir iddia ilə çıxış edir.
Reyting.az-ın məlumatına görə, Gürsoy “Atatürk qatilləri və o həkim” adlı əsərində bildirir ki, Atatürk avstriyalı doktor Hans Eppinger tərəfindən zəhərlənib.
Atatürkün ölümünün Eppingerin yanlış müalicə üsulları ilə bağlı olduğunu iddia edən və bunu yeni arxiv sənədləri ilə gündəmə gətirən Gürsoy yazır ki, həkim Eppinger səhiyyə nazirinin müşaviri Asım Arar və daxili işlər naziri Şükrü Kaya tərəfindən Türkiyəyə gətirilib və Atatürkün müalicəsinə cəlb edilib. Qeyd olunur ki, Atatürkün ölümünün serrozla birbaşa əlaqəsi yoxdur və sistemli şəkildə zəhərləndiyinə dair güclü dəlillər var.
Eppingerin Atatürkə davamlı olaraq civə dərmanı verdiyini göstərən arxiv sənədləri də kitabda yer alıb. Dr. Eppinger qaydalara zidd olaraq Atatürkün otağına tək girib və onun bədəninə davamlı olaraq civə dərmanı yeridib.
Serrozdan vəfat edən Rumıniya kraliçasının çarpayısının üstündəki şəxs də Eppinger olub.
Kitabda yazdıqlarının sənədlərə əsaslandığını bildirən Gürsoy deyib:
“Məqsəd və niyyət bir və ya bir neçə nəfərin işini dayandırmaq və böhtan atmaq deyil. Bir sui-qəsd, ən xırda təfərrüatına qədər planlaşdırılmış bir qətl və buna görə də qatilin və ya qatillərin amansız macərası var. Dr. Eppingerin qaydalara zidd olaraq Atatürkün otağına tək girməsi, iynəyə civə qatması da şübhə doğuran vəziyyətdir. Xəstəliyi dövründə Atatürkə xalq müalicəsi kimi tanınan məhsullar verilib. Bu reseptlərin Macarıstan və İngiltərədən göndərildiyini aşkar etdik. Həmin reseptlərdən birini göndərən ingilis qadının kimliyi də kitabda yer alıb. Hitlerin Atatürkə göndərdiyi film hekayəsi ilə Atatürkü müayinə etmək üçün xüsusi təyyarə ilə Florya köşkünə gələn həkimin kimliyinə də çatdıq. Atatürkün diş həkiminin 1948-ci ildə İsrailin ilk prezidenti olacaq Haim Vaizmanla əlaqəsini də arxivdən ortaya çıxardıq. Atatürkün ölümü ilə bağlı bütün araşdırmaları toplayıb xronoloji sıraya salmaqla yanaşı, yüzlərlə yeni məlumat və onlarla yeni sənədlə reallığa çevrilən müəmmalı, planlaşdırılmış bir sui-qəsdin pərdəsini açdığımı düşünürəm. Dr. Eppinger 1946-cı ildə hərbi cinayətkar kimi mühakimə ediləcəyi zaman intihar edərək həyatını bitirir”.
Doktor Eppingerin qaranlıq tətbiqlərinə toxunan Gürsoy bunları söyləyib:
“Eppinger, Hitlerin qanla dolduğu illərdə (1933-1944) həyata keçirdiyi ölümcül təcrübələrlə ad çıxarır. Ölümündən az əvvəl Rumıniya kraliçası Mari, əsrin lideri Atatürk, Yunanıstanın baş naziri Metaxas və Bolqarıstan kralı Borisə diaqnoz qoyub, müalicə edib. Dr. Eppingerin naməlum vəhşi əməlləri ilə bağlı naməlum sənədləri ilk dəfə üzə çıxarırıq. Türkiyəni, hətta dünyanı silkələyən, siyasi və hərbi tarazlıqların kursu tamamilə dəyişməsinə səbəb olan ölümün arxasındakı müəmmalı hadisələr zənciri birləşdirildikdə Atatürkün həqiqətən də öldürüldüyünə inanmaq mümkündür”.
Atatürkün ölüm sirri açılır - Türkiyənin qurucusunu avstriyalı həkim zəhərləyib
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın