DAİM.AZ "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, virusun yayılmasının qarşısını almaq məqsədi ilə hər iki turnirdə oyunların 1/4 final mərhələsindən "8-lər finalı" formatında keçirilməsi gündəmdədir.
Matçların Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. Komandalar öz aralarında 2 deyil, 1 oyun keçirəcəklər.
Qarşılaşmaların həmçinin Münhen və Madriddə oynanılması variantı da nəzərdən keçirilir. Yekun qərar UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında qəbul olunacaq.
Qeyd edək ki, daha əvvəl Çempionlar Liqasının finalına Türkiyənin İstanbul, Avropa Liqasının həlledici görüşünə isə Polşanın Qdansk şəhərlərinin ev sahibliyi etməsi qərara alınıb.
Şərh Yazın