İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə 94 iştirakçı 47 cüt təşkil edəcək. Bunlardan 86-sı klub, 8-i cüt şəklində püşkə qatılacaq.
Sözügedən tədbirdə Azərbaycan klublarının – “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın da rəqibləri bəlli olacaq. Paytaxt təmsilçiləri səpələnmiş, “Sumqayıt” isə səpələnməmişlərdən olacaq.
UEFA ənənəvi olaraq püşkatmadan öncə iştirakçıları qruplara bölüb.
“Neftçi” və “Keşlə”nin potensial rəqibləri aşağıdakılar olacaq:
1. “Şkupi” (Şimali Makedoniya),
2. “Laçi” (Albaniya)
3. “Dinamo” (Batumi, Gürcüstan)
“Sumqayıt”ın potensial rəqibləri isə bunlardır:
1. “Universitatya” (Rumıniya)
2. “Kayrat” (Qazaxıstan)
3. “Şkendiya” (Şimali Makedoniya)
4. “Baçka Topola” (Serbiya)
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları avqustun 27-də keçiriləcək.
Şərh Yazın