Mühacir böhranı məşhur fransız jurnalistinin ciddi narahatlığına səbəb olub.
Fransanın tanınmış jurnalisti, “Ouest-France” qəzetinin şərhçisi Fabyen Kazenav özünün analitik məqaləsində Avropada böyük müharibəyə səbəb ola biləcək üç “barıt çəlləyini” göstərib.
Reyting.az-ın məlumatına görə, müəllif yazır ki, hazırda qitənin ən narahatedici bölgəsi Polşa ilə Belarusun sərhədidir. Varşava sərhədə minlərlə hərbçi göndərib və xeyriyyə fondları tərəfindən mühacirlərə yardımı qadağan edib. Hətta sərhəd boyu “Çin səddi” inşa etməyi planlaşdırır.
Bu arada ABŞ Minskə qarşı yeni sanksiyalar paketi barədə düşünür. Münaqişə iştirakçılarından bəzilərinin radikal mövqeyi ucbatından Polşa, Belarus, Litva və Latviya əsgərlərinin iştirakı ilə istənilən an faciə baş verə bilər.
Kazenavın qənaətinə görə, müharibə təhlükəsi olan ikinci ölkə Ukraynadır. O, son iki-üç ayda Rusiyanın çoxsaylı canlı qüvvə və hərbi texknikanı bu ölkə ilə sərhədə yeritməsini, Kremlin bundan sonrakı hərəkətlərinin ehtimal etməyin belə mümkün olmadığını qorxulu ssenari adlandırıb.
Bu fonda fransız analitiki narahat edən odur ki, ukraynalı siyasi ekspertlərin proqnozları həyata keçə bilər. Yəni, Rusiya Donetsk və Luqanskı qorumaq adı altında Donbasa öz ordusunu yeridir, sonra rusdilli əhalinin kompakt yaşadığı Dnestryanı bölgə ilə bufer zonası əldə etmək üçün Odessa istiqamətində hərəkət edir: “Bu, Moskvaya həm də Krımın təhlükəsizliyi üçün lazım olacaq”, - ekspert yazır.
Məqalə müəllifi müharibənin başlanması təhlükəsi olan üçüncü “barıt çəlləyi” kimi Bosniya və Hersoqovinanın adını çəkir. Onun fikrincə, Bosniya və Hersoqovinada yenidən vətəndaş müharibəsi alovlana bilər. Ötən əsrin 90-cı illərinin ortalarında bu dövlətin iki respublikaya bölünməsinə diqqəti çəkən F. Kazenav hər iki dövlətdə yaşayanların bir qismində müşahidə edilən millətçilik Deyton sazişi ilə yaradılmış həssas sülhə son qoya bilər.
Avropada müharibə təhlükəsi: üç səbəb qanlı qarşıdurma ilə nəticələnə bilər
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın