Azərbaycan Premyer Liqasında XXXV turun üç oyununun VAR təyinatları açıqlanıb.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iki qarşılaşmada VAR hakimləri əcnəbi olacaq.
"Sabah" - "Sumqayıt" görüşündə belçikalı Natan Verbumen iş başında olacaqsa, "Səbail" - "Neftçi" matçına italiyalı Davide Qersini nəzarət edəcək.
Azərbaycan Premyer Liqası
XXXV tur
18 may
17:00. “Sabah” – “Sumqayıt”
VAR: Natan Verbumen
AVAR: Əliyar Ağayev
17:00. “Səbail” – “Neftçi”
VAR: Davide Qersini
AVAR: Eyyub İbrahimov
17:00. “Kəpəz” – “Zirə”
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Şərh Yazın