Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 236 768 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 229 718 nəfər müalicə olunaraq sağalıb, 3 809 nəfər vəfat edib, aktiv xəstə sayı 3809 nəfərdir.
Ölkədə son sutka ərzində 8169, hazırkı dövrədək isə 2 653 375 test aparılıb.
Qeyd edək ki, ötən sutka aparılan testlər zamanı 353 nəfərin nəticələri pozitiv çıxmışdı.
Şərh Yazın