Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Trend-in məlumatına görə, silahlı hücum zamanı bir nəfər həlak olub. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Hücumun dəf edilməsi zamanı həlak olan şəxs Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovdur.
Hücum edən şəxs saxlanılıb.
Şərh Yazın