DAİM.AZ xəbər verir ki, bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub.
Düşmən hücumunun qarşısını alardən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olub.
Polkovnik Mirzəyev İlqar Anzor oğlu
Mayor Əhmədov Namiq Hajan oğlu
Mayor Novruzov Anar Gülverdi oğlu
Gizir Zeynallı İlqar Ayaz oğlu
Gizir Babayev Yaşar Vasif oğlu
Müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.
Düşmənin aktiv fəaliyyətnin qarşısının alınması məqsədi ilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliklərindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.
Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrini də atəşə tutur.
Düşmənə qarşı həyata keçirilən cavab tədbirləıri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
ALLAH RƏHMƏT ELƏSİN!
Şərh Yazın