Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib, 4 868 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 727, ötən müddət ərzində isə ümumilikdə 783 963 test aparılıb.
Şərh Yazın