DAIM.AZ onlardan maraqlı olanlarını təqdim edir:
- Oyundan öncə püşkatma zamanı yalnız baş hakim və komandaların kapitanları sosial məsafə qorunmaqla iştirak edə bilərlər.
- Elektronik lövhə dördüncü hakim tərəfindən qaldırılacaq. Dəyişiklik edən komandanın rəsmisi bunu tabloda qeyd etdikdən sonra yerli komandanın təyin etdiyi şəxs tərəfindən tablo dezinfeksiya edilir. Daha sonra hakim dəyişikliyi elan etmək üçün tablonu götürür.
- Mübahisəli top epizodunda hakim meydandakı topu əlinə götürməyəcək. Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top dördüncü hakimin yanında saxlanılmalıdır.
- Hakimlərin soyunub-geyinmə otağı dezinfeksiya edilməlidir və kənar kimsə oraya daxil ola bilməz (təxirəsalınmaz hadisə istisna olmaqla).
- Hakimlərin soyunub-geyinmə otağında əl üçün dezinfeksiyaedici vasitə yerləşdirilməlidir.
- Hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.
- Oyundan sonra olacaq matç protokolu hakimlər tərəfindən ev sahibi komandanın onlara verdiyi kompüter vasitəsiylə (dezinfeksiya edilmək şərti ilə) soyunub-geyinmə otağında tərtib ediləcək. Hakim hazırladığı protokolu otaqda yer alan printer vasitəsiylə özü çap etməlidir. Və yaxud komandalar tərəfindən hakimlərin gəlişindən öncə otaqda yerləşdirilməlidir.
- Hakim otağına sərinləşdirici içkilər və soyuq qəlyanaltılar meydan sahibi klub tərəfindən qoyulur.
Şərh Yazın