Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 37 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib, 2 049 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 290, bu günə qədər isə ümumilikdə 988 268 test icra olunub.
Şərh Yazın