Kişinyovda Azərbaycan icmasının onlarla nümayəndəsi Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar Azərbaycan-Ermənistan sərhədində münaqişənin eskalasiyası ilə əlaqədar narazılıqlarını bildiriblər.
Bu barədə Publika.md xəbər yayıb.
Saytın məlumatına görə, aksiya zamanı vəziyyət gərginləşib, bina karabinerlər tərəfindən mühasirəyə alınıb.
Bir müddət sonra etirazçılar ATƏT-in missiyasının binasına tərəf yollanıblar.
Aksiyaçıların son təyinat yeri isə Ştefan çel Mare abidəsinin yerləşdiyi meydan olub.
Şərh Yazın