Ölkəmizdə hərbi vəziyyətlə bağlı tətbiq olunan komendant saatı müddətində aparılan yoxlamalar və araşdırmalar göstərir ki, cəmiyyətdə hərəkət iştirakçıları arasında qaydalara əməl edənlər çoxdur. Aşkarlanan ara sıra faktlar isə kütləvi xarakter daşımır.
Elşad Hacıyev qeyd edib ki, qurulan komendant postlarında hərəkət edən bütün avtomobillər və sərnişinlər yoxlanır. Müvafiq icazə sənədlərinin olub-olmaması araşdırılır. Komendant saatında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir. İcazəsi olmayanlara qarşı qanunvericiliyə uyğun tədbirlər görülür.
Qurum rəsmisi qeyd edib ki, cəbhə bölgəsində ordumuzun inamlı qələbələri düşmən tərəfində ciddi qorxu yaradır. Düşmən tərəfindən hansısa təxribatların ola biləcəyi istisna edilmir. Buna görə də bütün vətəndaşlardan məsuliyyətli olmaq və qoyulan qaydalara həssaslıqla yanaşmaq tələb olunur.
Şərh Yazın