DAIM.AZ “Report”a istinadən xəbərə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsidir.
Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və Nərimanov Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Şərh Yazın