Bu sözləri Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.
Prezident bildirib ki, Ermənistan öz faşist əməllərindən əl çəkmir:
“İlk olaraq Gəncə şəhəri ballistik raketlərlə atəşə tutdular. İkinci dəfə atəşkəsdən cəmi 4-5 dəqiqə sonra atəşkəsi pozdu. Üçüncü dəfə isə Bərdəyə “Smerç” raketi atıblar. Nəticədə 21 nəfər mülki şəxs həlak olub, 70 insan isə yaralanıb. Gəncəyə isə iki ballistik raketlə edilən hücum nəticəsində mülki şəxslər həlak olub. Bu erməni faşizminin eybəcər sifətidir. Biz, nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz erməni faşizminin belini qırırıq”.
İ.Əliyev qeyd edib ki, əgər Ermənistan bu gün atəşi dayandırıb danışıqlar masası arxasında konstruktiv mövqe göstərsə, biz dayanmağa hazırıq:
“Biz hesab edirik ki, Qarabağ münaqişəsinin həlli hərbi-siyasi müstəviyə keçməlidir. Biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları ciddi düşünüb bu qərara gəlməyə vadar edəcək”.
Şərh Yazın