Avtobusların sayı və intervalı sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Lakin daşımaların rahat və vaxtlı-vaxtında təmin olunması üçün avtobusların maneəsiz hərəkətinə ciddi zərurət vardır. Belə ki, bu gün səhər aparılan müşahidələr də onu göstərir ki, gün ərzində xüsusilə pik saatlarında nəqliyyatın hərəkətində yaranan sıxlıqlar avtobuslararası hərəkət intervalının pozulmasına, avtobusların uzun müddət tıxacda qalmasına səbəb olur. Bu isə öz növbəsində dayanacaq məntəqələrində gözləyən sərnişin sayının artmasına və avtobuslarda sərnişin sıxlığının yaranmasını qaçılmaz edir.
Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən xahiş edirik ki, avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşsınlar. Xüsusən də avtobusların dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışına şərait yaradılmalıdır. Dayanma-durma və parklanma qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Nəqliyyat vasitələrinin dayanacaq məntəqələrinin ərazisində, avtobusların hərəkət trayektoriyasında park edilməsinə yol verilməməlidir".
M. Ağayev deyib ki, sərnişindaşımaların təşkilində Bakı Nəqliyyat Agentliyinin 20 nəfərdən çox əməkdaşı iştirak edir. Bundan əlavə sərnişin axını yüksək olan 30-dan çox dayanacaq məntəqəsində 120 nəfərdən artıq nəzarətçi xidmət edir.
Şərh Yazın