DAİM.AZ xəbər verir ki, görüş meydan sahiblərinin 1:6 hesablı məğlubiyyəti ilə başa çatıb.
Matçda hesab 54-ci dəqiqədə açılıb. “Borussiya Dortmund”un futbolçusu Torqan Azar topu rəqibin qapısına göndərib. Daha sonra Ceydon Sanço het-trik edib.
İkinci hissənin sonlarında Əşraf Hakimi və Marsel Şmelçer fərqlənib.
“Paderborn” buraxılan toplardan yalnız birinin əvəzini çıxa bilib. Belə ki, 72-ci dəqiqədə Uve Hyunemayer fərqlənib.
Şərh Yazın