Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan DAİM.AZ verilən məlumat görə, respublikanın digər dörd regionunda olduğu kimi, Gəncədə də karantin rejimi sərtləşdirilib:
“Əhali yalnız xüsusi icazə ilə küçəyə çıxır. Gəncə şəhər polis idarəsinin tabeliyində olan qurumların əməkdaşları və DİN-in Daxili Qoşunların hərbçiləri şəhərin küçə və prospektlərində xidmət aparırlar.
İcazəsiz olan vətəndaşlar barəsində qanuna müvafiq tədbirlər görülməyə başlanılıb”.
Şərh Yazın