"Münaqişə ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistanda baş çəkdiyi Azərbaycan əsilli saxlanılan şəxs yoxdur".
Bunu komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda tərəflərdə Birinci Qarabağ müharibəsi zamanı saxlanılan şəxs yoxdur: "Lakin 2020-ci ildə baş verən münaqişə zəmində saxlanılan erməni əsilli şəxslər var, onlara da başçəkmələr davam edir. Həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfində 90-ci illərdən itkin düşən şəxslərin sağ qalmaları və qarşı tərəfdə saxlanılması ilə bağlı iddialar var. Lakin hər iki tərəfdə rəsmi şəkildə bəyan edib ki, onlarda 90-ci illərdə saxlanılan şəxslər yoxdur".
Şərh Yazın