DAİM.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, bu barədə bəzi saytlarda yayılan məlumat həqiqəti əks etdirmir: "Baş nazir bu barədə heç bir yerdə açıqlama verməyib, bu, cəfəngiyyatdır. Bəziləri bu barədə yalan məlumatlar yayıblar".
İ.Məmmədov bildirib ki, Baş nazirin bu həftənin sonu karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı heç bir qərarı yoxdur:
"Bu barədə heç bir qərar yoxdur. Əgər hansısa müzakirə aparılarsa və ya qərar qəbul edilərsə, bununla bağlı ictimaiyyətə rəsmi məlumat veriləcək. Amma bu günə bu barədə belə bir qərar yoxdur".
Xatırladaq ki, bəzi saytlarda Baş nazir Əli Əsədovun adından məlumatlar yayılıb. Məlumatda bildirilir ki, guya ölkədə koronavirus infeksiyası kəskin yayıldığı üçün iyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydaları tətbiq ediləcək.
Şərh Yazın