DAİM.AZ xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarından biri olan Xalq artisti Emin Ağalarov məlumat verib:
“Əziz dostlar, biz çox təəssüf edirik ki, koronavirus pandemiyası və onun bütün dünyada kütləvi tədbirlərin keçirilməsinə yaratdığı çətinliklər ucbatından Bakıdakı "Jara" musiqi festivalını 2021-ci il 28 iyul – 1 avqust tarixlərinə keçirməyə məcburuq”.
Xalq artisti bildirib ki, gələn il keçiriləcək festivalın konsert proqramı və ora dəvət olunan sənətçilər dəyişilməz olaraq qalacaq.
Şərh Yazın