“Çelsi” klubunun futbolçuları koronavirus pandemiyası səbəbindən maaşların 30% azaldılması barədə rəhbərliyin təklifini rədd ediblər.
Bu barədə “Telegraph” nəşri xəbər verir.
Mediada yayılan məlumatlara görə, futbolçular maaşlarının ancaq 10 faiz azaldılmasına razıdırlar.
Qeyd edək ki, İngiltərə Premyer Liqası Peşəkar Futbol Liqası (PFA) ilə danışıqlar apararaq, maaşları 30% endirməyi təklif edib.
İngiltərə Premyer Liqasında futbol mövsümü koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb.
Şərh Yazın