Oxu.Az-a iştirakçılardan birinin verdiyi məlumata görə, aksiyanın məqsədi Türkiyəyə Qarabağ müharibəsi zamanı Azərbaycana verdiyi siyasi və mənəvi dəstəkdən ötrü təşəkkür etmək olub.
Aksiya zamanı Türkiyə səfiri Egemen Bağış da bayıra çıxıb və aksiya iştirakçılarına təşəkkür edib. O, azərbaycanlı aksiya iştirakçılarına öz əlləri ilə şokolad paylayıb. Səfir “biz dost deyilik, qardaşıq” fikrini səsləndirib.
Aksiya “Qarabağ Azərbaycandır!”, “bir millət, iki dövlət” şüarları səsləndirilməklə yekunlaşıb. Yekunda birlikdə xatirə fotosu çəkdirilib.
Şərh Yazın