Xarici İşlər Nazirliyinin rəhbəri bununla bağlı müvafiq paylaşımı özünün “Twitter” hesabında yerləşdirib:
“Gürcüstanın Duşeti bələdiyyəsindəki Şatili şosesində baş vermiş faciəli yol qəzası bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə başsağlığı veririk və qəza qurbanlarına tezliklə sağalmalarını arzu edirik. Dost Gürcüstan xalqına dəstəyimiz və həmrəyliyimizi ifadə edirik”.
Xatırladaq ki, avqustun 23-də gecə saatlarında Gürcüstanın Msxeta-Mtianeti bölgəsinin Şatili kəndində mikroavtobus təxminən 80 metr yüksəklikdən uçuruma aşıb. Qəza nəticəsində 17 nəfər həlak olub. Faciə ilə əlaqədar 25 avqust Gürcüstanda matəm günü elan edilib.
Şərh Yazın