Bu hazırda insanları narahat edən məsələlərdən biridir. Belə ki, daha çox rast gəlinən hal pozitiv çıxan test nəticəsinin sonrakı gün neqativ çıxmasıdır. Bu kimi hallarla bütün dünyada qarşılaşmaq mümkündür.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) məsələyə bir daha aydınlıq gətirilib.
Bildirilib ki, bu kimi halların ortaya çıxmasına əsas səbəblərdən biri, xəstəliyin bəzi mərhələlərində prosesin artıq yuxarı tənəffüs yollarından keçərək aşağı tənəffüs yollarına düşməsi ola bilər:
“Digər səbəb isə ikinci dəfə testin düzgün götürülməməsi ola bilər. Yəni, yaxma daha dərindən, udlaqdan götürülməlidir. Siyahını daha da uzada bilərik. Belə hallarla rastlaşdıqda Ümumdünya Səhiyyə Təşkilatının və digər tibbi qurumların tövsiyəsi ondan ibarətdir ki, şəxs test nəticəsi pozitiv çıxandan sonra 14 günlük izolyasiya edilməlidir. Bu, həm virusa yoluxan şəxsin, həm də ətrafdakı insanların təhlükəsizliyi və sağlamlığı üçün vacibdir”.
Şərh Yazın