DAİM.AZ xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalının mövsüm sonu komandasını dəyişməsi gözlənilir.
Məlumata görə, hazırda futbolçunun hansı kluba keçəcəyi dəqiq deyil. Onun daha öncə “Mançester Yunauyted”ə qayıdacağı bildirilirdi. Lakin 35 yaşlı ulduz futbolçunun karyerasını Amerikada da davam etdirmə ehtimalı var. İtaliyada yaşanan son hadisələr Ronaldonun “Yuventus”dan ayrılma ehtimalını gücləndirib.
Qeyd edək ki, portuqaliyalı 2018-ci ildə “Real”dan Turin klubuna transfer olunub. O, cari mövsüm komandanın heyətində 32 matç keçirib və 25 qol vurub.
Şərh Yazın