“Haber Global” məlumat verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hülusi Akar deyib.
“Azərbaycan Silahlı Qüvvələri öz gücünə işğal altındakı torpaqlarını qaytarmaq iqtidarındadır.
Azərbaycan ordusunun hər bir əsgəri Mübariz İbrahimovdan ilhamlanır və onun kimi cəsurdur. Ermənistan yalan və böhtanı bir kənara qoyub terror qruplaşmaları ilə əlaqələrini kəsməlidir. Terrorçuları geri qaytarmalı və işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir. Daha 30 il gözləməyə vaxtımız yoxdur.
Problem dərhal həll olunmalıdır. Həmişə və hər yerdə qürurla ifadə etdiyimiz kimi Azərbaycanın problemi problemimiz, sevinci sevincimizdir”, - deyə türkiyəli nazir bildirib.
Şərh Yazın