DAİM.AZ xəbər verir ki, sənətçi ötən gün xüsusi ayrılan avtobus vasitəsilə sərhədi keçib. O, hazırda paytaxtdakı otellərin birində karantinə alınıb.
Məlumatı Damlanın meneceri təsdiqləyib.
Qeyd edək ki, ifaçı Novruz bayramı ilə bağlı Moskvada təşkil olunan konsertdə iştirak etmiş, lakin Rusiya sərhədləri bağladığı üçün Bakıya qayıda bilməmişdi.
Xatırladaq ki, dünən daha 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunub.
Şərh Yazın