DAİM.AZ-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu il də 3-cü qrupda müsabiqə vəziyyəti çox yüksəkdir: “Bütün qruplar üzrə müsabiqəyə buraxılma şərtləri demək olar ki, eynidir. Bu il 3-cü qrup üzrə 12 min 286 plan yeri var. 200-dən çox bal toplayaraq, bütün müsabiqə şərtlərinə cavab verən 15 min 368 nəfər abituriyent var. Bu göstərici onu göstərir ki, onların 3082-si ali məktəbə qəbul olmayacaq. Bu, artıq plan yerlərindən asılı bir məqamdır. Çox adam deyir ki, biz pandemiya şəraitində məşğul olmuşuq, siz şərtləri aşağı salın. Amma balları aşağı salmağa heç bir ehtiyac yoxdur”.
M.Abbaszadə qeyd edib ki, 3-cü qrupda kifayət qədər yüksək nəticə göstərən abituriyent var.
Onun sözlərinə görə, bu il 3-cü qrupda orta bal 303 bal olduğu halda, keçən il 297 olub.
M.Abbaszadə qeyd edib ki, imtahan verənlərin 50 faizi 303 baldan yuxarı nəticə göstərib.
Şərh Yazın