DAİM.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında bir ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.
Şərh Yazın