Honq-Konqda 38 mərtəbəli Dünya Ticarət Mərkəzi yanır, 300 nəfər binanın damında qalıb. Bu barədə “South China Morning Post” xəbər verir.
Qəzetin məlumatına görə, yanğın yerli vaxtla saat 12:37-də başlayıb. Gələn xilasedicilər insanları təxliyə etməyə başlayıb. Mərkəzin daxilindəki restoranlarda hələ də onlarla müştəri var.
Nəşr qeyd edir ki, qurbanlar barədə məlumat verilmir.
Binaya mağazalar və restoranlardan ibarət ticarət mərkəzi daxildir, onun üzərində ofis sahəsi yerləşir. Binanın aşağı hissəsi təmirlə əlaqədar olaraq bambuk iskele ilə örtülmüşdür.
Şərh Yazın